ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Xerson vilayətində uğurlu əks-hücum davam edərsə, Ukrayna Silahlı Qüvvələri Krımı ələ keçirə bilər.
Bu sözləri “Deyli Teleqraf” qəzetinə ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.
“Krımın Ukrayna tərəfindən ələ keçirilməsi indi tamamilə mümkündür, bunu hesabdan çıxarmaq olmaz”, – nəşr mənbəsinə istinadla qeyd edib.
Vurğulanıb ki, Ukrayna qoşunlarının Xerson vilayətində hazırkı irəliləyiş tempi ümidvericidir.