Azərbaycanın Jirinovskinin sərsəm açıqlamalarına görə Rusiyaya nota verməsi düzgün addımdır. Mən Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyimizə (XİN) dəvət olunmasını və görüş zamanı Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı narahatlıq və etirazımızın müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılmasını təqdir edirəm.
Bu vacib addımdır. Çünki bu siyasi kloun həm Azərbaycan XİN-in, həm də cəmiyyətimizin sərt təpkisini hiss etməlidir ki, özünü yığışdırsın və məsuliyyətini dərk etsin. Bu mənada, bizim XİN nota verməklə tamamilə düzgün addım atıb.
Jirinovski bu çıxışı ilə əslində dolayısı yolla Rusiyanı işğalçı kimi təqdim edir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri