Toyda 70 nəfər qonaq, ancaq ailə üzvləri və yaxınlar iştirak edib.
İctimairəy.az xəbər verir ki, bu barədə Telegram məlumat yayıb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu Viktorun 23 yaşlı qızı Viktoriyanın toyu olub. Toyda iştirak edən baba prezident Lukaşenko nəvəsi Viktoriyanı və nişanlısını təbrik edib. “Öz tarixinizi yazın…” Lukaşenko qeyd edib. Lukaşenkonun nəvəsinin nişanlısı haqqında hər hansı bilgi yoxdur. Viktoriya ixtisasca iqtisadçıdır. O, bir sıra Belarus və Rus filmlərində çəkilib. Lukaşenkonun böyük oğlu Viktor hazırda Belarus Milli Olimpiya Komitəsi prezidenti vəzifəsini tutur.
Ümumiyyətlə Lukaşenkonun 7 nəvəsi var. Onlardan 4-ü oğlan, 3-ü isə qızdır.
İctimairəy.az