Hazırda Tatar boğazında axtarış-xilasetmə əməliyyatı aparılır. Mediya xəbər verir ki, üç gəmi – özüyeriyən barjalar və bir yedək gəmisiı lövbərdən qoparılaraq Saxalin istiqamətində aparılıb.
İlkin məlumatlara görə, gəmilərdə 64 nəfər ola bilər. Sonuncu dəfə üç saat əvvəl əlaqə saxlayıblar. Barjalarda yüzlərlə ton dondurulmuş balıq olan soyuducular var. Gəmilər bir-birinə kəndirlə bağlanıb, güclü dalğalar onları bir-birinə vurduğundan, batma təhlükəsi yaranıb. Axtarış üçün artıq iki yedək gəmisi Tatar boğazına daxil olub, Fövqəladə Hallar Nazirliyinin vertolyotu xilasetmə işlərinə uçub.
“Hazırda səhər saat 11-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Xabarovsk Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 gəmisi xilasedicilər və baş idarənin əməliyyat qrupu ilə birlikdə hadisə yerinə qalxıb. Biz vəziyyəti nəzarətdə saxlamaqda davam edirik”, – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin rəis müavini Aleksey Yakovlev bildirib.
Axtarış hava şəraiti ilə çətinləşir: yağış yağır, görünürlük demək olar ki, sıfırdır.