Qardaş Türkiyə Cümhuriyyətinin turistik bölgələrində iki gündür davam edən yanğın nəticəsində təhlükəli vəziyyət yaranıb. Türkiyə hökuməti bütün imkanlarını milli fəlakət hesab olunan meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib.
Milli Həmrəylik Partiyası olaraq qardaş ölkənin rəhbərliyinə dəstəyimizi ifadə edir, Antalyanın Manavqat rayonunda baş verən yanğından həyatını itirənlərin yaxınlarına başsağlığı verir, bütövlükdə qardaş türk xalqına “keçmiş olsun” diləyimizi çatdırırıq.
Dualarımız sizinlədir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri