28-29-30 iyul tarixlərində ölkə daxilində baş verən yanğınlarla əlaqədar son vəziyyətə görə, 21 əyalətdə 75 yanğın nəzarət altına alınıb.
İctimairey.az Haberler.com-a istinadən xəbər verir ki, 5 əyalətin 10 nöqtəsində isə yanğın davam edir. Türkiyədə fəlakətə səbəb olan yanğınlar 4 -cü gününə girib. Xüsusilə, Egey və Aralıq dənizi bölgələrini əsir alan alovlar vətəndaşlarımıza da çətin anlar yaşadıb. 28-29-30 İyul tarixlərində ölkə daxilində baş verən yanğınların son qiymətləndirməsi Meşəçilik Ümumi Müdirliyi tərəfindən belə paylaşılıb: “Bu savaşda meşə qəhrəmanlarımız, ictimai qurumlarımız və bütün xalqımız üçün mübarizə aparırıq. Gələcəyimiz üçün bütün gücümüzlə mübarizə aparırıq.”
Esmira ŞÜKÜROVA
İctimairey.Az