Avstraliyada Covidin sürətli yayımının qarşısın aımaq üçün əsgərlər hərəkətə keçdi

0

Pandemiyaya qarşı ciddi tədbirlər görən Avstraliyada hökumət Covidin artmağa başladığı Sidneydə avqustun 28-dək qapanma tədbirlərinə riayət olunmasını təmin etmək üçün yüzlərlə əsgər cəlb edib.

İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliya ordusunun əsgərləri təlim keçdikdən sonra həftənin əvvəlindən etibarən Sidney küçələrində silahsız patrul etməyə başlayacaq. Artıq 5 həftədir qapanma tədbirləri səbəbiylə Sidney sakinləri çox əhəmiyyətli səbəblər xaricində belə evlərini tərk edə bilmirlər. İnsanlara hər hansı bir səbəbdən belə, evlərindən maksimum 10 km məsafədək uzaqlaşmasına icazə verilmir. Beş həftəlik qapanmaya baxmayaraq, ölkənin ən böyük şəhərində virusun sayı artmağa davam edir. Cümə günü səlahiyyətlilər 170 yeni virus daşıyıcının aşkarlandığını bildirib. Həftə başından təlim görmüş əsgərlər hərəkətə keçəcək. Polisin baş idarə rəhbərinin müavini David Elliott bildirib ki, az sayda Sidney sakini bu qaydaların məcburi olmadığını düşünürdü.

Haqq və ədalət sahəsində çalışan “Avstraliya Hüquqşünaslar Birliyi” qeyri-hökumət təşkilatı, tədbirlərə əsgər göndərilməsinin narahatlıq yaradacağını söyləyib.- ”Qapanma yoxsul və etnik azlıqların yaşadığı və böyük ailə qruplarının yaşadığı qərb və cənub-qərb məhəllələrinə təsir göstərəcək. Bu məhəllələrdə təxminən iki milyona yaxın insan yaşayır. Hökumətin tədbirlərini tənqid edənlər, bu ərazilərin, qaydaların Sidneyin qalan hissəsinə nisbətən daha sərt şəkildə tətbiq olunduğu hüquq -mühafizə orqanları tərəfindən xüsusi olaraq “hədəf alınıb”. Bu məhəllələrdən birinin meri Steve Kristou bildirib ki: – ” Biz ən yoxsul məhəllərlərdən biriryik. Bu insanlar ailə borclarını, kirayələrini ödəyə bilmir, ərzaq ala bilmir və işsizdir. Komendant saatı tətbiqi, küçələrdə patrul etmək bu insanlar üçün böyük bir zərbə olacaq”. Hökuməti peyvənd kampaniyasını gücləndirməyə və ərazilərə dəstək xidmətlərini gücləndirməyə çağıranlar da var. Avstraliyada bu günə qədər yetkin əhalinin yalnız 17 faizi aşılanıb. Bu OECD(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri arasında ən aşağı peyvənd göstəricisidir. Avstraliyada iyun ayından bu günəcən koronavirusun Delta variantına 3000 yoluxma olub və 9 nəfər ölüb.

Esmira ŞÜKÜROVA

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »