Rayonda həmkəndlilərin münaqişəsi ölümlə nəticələnib.
İctimairəy.az xəbər verir ki, iyulun 30-da Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib.
Hadisə saat 16:00 radələrində törədilib. Kənd sakini Vurğun Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Hümmətovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin cəsədi müayinə üçün ekspertizaya aparılıb. Hazırda Kürdəmir Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
İctimairəy.az