İki atəş açılıb; Şinzo Abeyə hücum edilib. Həyat əlamətləri yoxdur. – VİDEO

0

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə sui-qəsd olub. O, Nara şəhərində seçki kampaniyası zamanı küçə çıxışı zamanı xəsarət alıb.

İlkin məlumata görə, iki atəş açılıb. Yaponiyanın keçmiş baş naziri qanaxma ilə xəstəxanaya aparılıb. O, huşunu itirib. Bu barədə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsi məlumat verib.

Abenin ov tüfəngi ilə arxadan vurulduğu iddia edilir. Telekanalın məlumatına görə, hücum edən şəxs artıq tutulub, o, tək hərəkət edib.

Yaponiyanın hüquq-mühafizə orqanları keçmiş baş nazir Şinzo Abeni güllələyən şəxsin kimliyini müəyyən ediblər. Yaponiya özünümüdafiə qüvvələrinin keçmiş dənizçisi olduğu ortaya çıxıb.

Məlum olub ki, cümə günü Şinzo Abeyə sui-qəsdə cəhd edən şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib. Atıcı bir neçə atəş açdıqdan sonra dərhal həbs edilib. Qeyd olunur ki, Şinzo Abe həmin an Nara şəhərində kampaniya nitqi ilə çıxış edirdi.

Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın keçmiş baş nazirində həyat əlamətləri görünmür. Həkimlər ona ürək masajı ediblər. Digər media yazır ki, Abe boynunda qan axmağa başlayıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »