Narkotik qaçaqmalçılığı: İspaniya polisi sualtı DRONLARI saxlayıb

0

İspaniya polisi Mərakeşdən dənizdən narkotik qaçaqmalçılığı üçün nəzərdə tutulmuş üç sualtı dron müsadirə edib.

Pilotsuz sualtı maşınlar, 200 kq-a (441 lb) qədər yük daşıya bilir.

14 ay davam edən istintaq çərçivəsində Kadis, Malaqa və Barselonada 8 nəfər həbs edilib.

Bu o deməkdir ki, polis dron hazırlayan və onları Avropada narkotik qaçaqmalçılarına çatdırmaqda şübhəli bilinən dəstəni məğlub ediblər.

İspaniya polisi bildirib ki, onlar ilk dəfə insan müdaxiləsi olmadan idarə oluna bilən sualtı dron qayıq aşkar ediblər.

“Bu cihazlar narkotik alverçilərinə uzaqdan Cəbəllütariq boğazı vasitəsilə böyük miqdarda narkotik vasitələri daşımağa imkan verə bilər”, – deyə polisin açıqlamasında bildirilir.

Cəbəllütariq boğazı Mərakeşi İspaniyadan ayıran dar dəniz zolağıdır.

Sualtı qayıqlardan biri tam hazırdı, daha ikisi başa çatmaq üzrədi. Başa çatmaq üzrə olan cütlüyün kokain qaçaqmalçılığı ilə məşğul olan fransız dəstəsi üçün nəzərdə tutulduğu güman edilir.

Rəsmilər həmçinin 14 kq (31 lb) həşiş, 8 kq (18 funt) marixuana, 157,300 avrodan (135,527 funt sterlinq) çox pul və altı böyük dron ələ keçiriblər.

GPS naviqasiya sistemləri ilə təchiz edilmiş dronlar planşet kimi sadə internet cihazından istifadə etməklə dünyanın istənilən yerindən narkotik alverçiləri tərəfindən potensial olaraq idarə oluna bilər.

Həbs edilənlər arasında ata və oğul da var, onlardan biri polisin dediyinə görə, helikopterin ixtisaslı pilotu olub və bu cür mürəkkəb nəqliyyat vasitələri yaratmaq üçün lazım olan texniki biliyə malikdir.

Rəsmilər dəstənin xüsusi olaraq, narkotik vasitələrin daşınması üçün nəzərdə tutulmuş geniş çeşiddə hava, quru və dəniz nəqliyyat vasitələrinin yaradılmasında ixtisaslaşdığını və onları Danimarka, İtaliya, Fransa və İspaniyadakı cinayət təşkilatlarını cihazları təchiz etməkdə ittiham etdiklərini söyləyib.

Xəbər agentliyinin məlumatına görə, müstəntiqlər 800 kq-a qədər yük saxlaya bilən gizli “iki dibi” olan qoşqular da daxil olmaqla, 13 müxtəlif növ nəqliyyat vasitəsi aşkar ediblər.

Müstəntiqlərin su altında narkotik daşımaq üçün, nəzərdə tutulmuş nəqliyyat vasitələri tapması ilk dəfə deyil.

Bu ilin əvvəlində dörd ton kokain daşıyan yarımdalma gəmisi Kolumbiya donanması tərəfindən Mərkəzi Amerikaya gedən yolda ələ keçirilib.

Keçən il İspaniyada polis Malaqadakı anbara basqın zamanı 9 metrlik (29,5 fut) müvəqqəti fiberqlas və kontrplakdan hazırlanmış sualtı qayığı müsadirə edib.

İspaniya əsas sirr istehsalçısı olan Mərakeşlə yaxınlığı və dünyada kokainin böyük hissəsinin istehsal olunduğu Cənubi Amerikadakı keçmiş koloniyalarla sıx əlaqələri səbəbindən narkotiklərin Avropaya giriş nöqtəsinə çevrilib.

Xüsusilə, Avropanı Afrikadan ayıran 15 km (9 mil) enində olan Cəbəllütariq boğazı narkotik qaçaqmalçılığı üçün sevimli marşrutdur.

Keçən aprel ayında polis 100 şübhəli dəstə üzvünü kokain daşımaq üçün qayıqlardan istifadə etməkdə ittiham edərək, həbs edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »