Rusiya əsas bölgəni ələ keçirdikdən sonra, Donbasın dərinliklərinə doğru hərəkət edəcək-FOTO

0

Ukrayna itirilmiş ərazilərini geri qaytaracaq – Zelenski

Ukrayna prezidenti Zelenski deyib ki, Rusiya şəhərləri məhv etmək üçün, kifayət qədər çoxlu raket sistemlərinə malikdir.

Dünən axşamkı nitqində Zelenski Moskvaya xəbərdarlıq edib ki, Ukrayna “işğalçıların atəş üstünlüyü sıfıra enəcək” səviyyəyə çatacaq.

O deyir ki, Qərb silahlarının tədarükünün artması ilə Ukrayna itirilmiş əraziləri, o cümlədən Lisiçansk və Donbasın digər şəhərlərini geri qaytaracaq.

“Biz müasir silahların tədarükünün artırılması sayəsində, öz taktikamız sayəsində geri dönəcəyik”, – deyə Zelenski bildirib.

“Biz Xarkov və Xerson vilayətlərində tədricən irəliləyirik –

“Gün gələcək, eyni şeyi Donbass haqqında da deyəcəyik”.

Ukrayna ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edir, lakin Rusiya bundan imtina edir

Bu gün, 4 iyul ABŞ-da Müstəqillik Günüdür.

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika xalqına və onların prezidenti Co Baydenə ən xoş arzularını çatdırıb.

“Müstəqillik gününüz mübarək, ABŞ xalqı və @POTUS! Dost ABŞ xalqına sülh və firavanlıq arzulayıram. Ukrayna üçün ümumi dəyərləri – Azadlıq, Demokratiya və Müstəqilliyi qoruyan ABŞ rəhbərliyini yüksək qiymətləndirirəm”, – Zelenski tvit edib.

Rusiya fevralın 24-də qonşu ölkəyə müdaxilə edərkən, Kiyev silahlı qüvvələrini milyonlarla dollar dəyərində silahla təmin edən  Vaşinqton da Moskvanın iqtisadiyyatına və elitasına qarşı maliyyə sanksiyaları tətbiq edəndən bəri, ABŞ Ukraynanın sadiq müttəfiqi olub.

Öz növbəsində, Moskva iyulun 4-də ABŞ-a ən xoş arzularını göndərməkdən imtina edib.

AFP xəbər agentliyinin verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib: “Bu il təbrikləri məqsədəuyğun saymaq olmaz. Buna səbəb ABŞ-ın qeyri-dost siyasətidir”.

 Lisiçanskın süqutu Donbassdakı döyüşlərin sonu deyil

Lisiçansk Seversky Donets çayı ilə Severodonetskə daxildi. Bəzi ümid var idi ki, hündür yerdə tikilib, təbii güclü müdafiəni təmin edəcək. Lakin şəhərin ətrafındakı ilgək daraldı və rus qoşunları əksər giriş-çıxışlara nəzarət etdi.

Ukraynanın bəzi bölmələri artıq son bir həftə ərzində qonşu müdafiə xətlərinə çəkilib.Над городом поднимается дым после обстрела Донецка.Над городом поднимается дым после обстрела Донецка.Целью Путина могут стать шесть городов Украины в случае захвата Донбасса, –  Daily Mail. Новости :section-UKR.NET.

Ukrayna rəsmiləri bazar günü şəhərdə gedən döyüşlərlə bağlı qeyri-adi sükutla yanaşıblar. Bunu qismən “əməliyyat təhlükəsizliyi” mülahizələri ilə izah etmək olar. Hər hansı bir taktiki geri çəkilmə yayımlamaq istəməzlər. Lakin Lisiçanskın itirilməsi şərqdə növbəti uğursuzluq kimi qiymətləndiriləcək.

Lisiçanskın süqutu heç də Donbassdakı döyüşlərin sonu deyil.

Ukrayna hələ də qonşu Donetskdə böyük şəhər ərazilərinə nəzarət edir. Onların qüvvələri Baxmutla Slavyansk arasında yeni müdafiə xətləri hazırlayırdılar, baxmayaraq ki, indi onlar da Rusiyanın intensiv atəşi altındadırlar. Hər iki tərəf ağır itkilər verir.

İndi sual olunur ki, Ukrayna hücumu dayandıra biləcəkmi, Rusiya isə sürəti saxlaya biləcəkmi?карта ДонбассаХронология вторжения России на Украину (2022) — Википедия

Ukraynaya hansı silahlar verilir?

Lisiçansk uduzduğumuz bir döyüşdür, amma müharibə deyil, – Luqansk qubernatoru.

Ukrayna hərbçiləri bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra, şərqdəki Lisiçansk şəhərinin Rusiya qüvvələri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

BBC-nin Kiyevdə yaşayan müxbiri Co İnvud Luqansk vilayətinin qubernatoru Sergey Qayday ilə danışıb və o, Ukrayna qoşunlarının niyə geri şəkildiyini açıqlayıb.

Qaydai deyib ki, Rusiya artilleriya və döyüş sursatında böyük üstünlüyə malik idi, olduğuna  görə, Lisiçanskı uzaqdan məhv edə bilərdi, ona görə də “qalmağın mənası yox idi”.

Qoşunlar Rusiya ilə hərbi əməliyyatları davam etdirəcəkləri Donetsk vilayətinin qərbindəki “hazır möhkəmləndirilmiş ərazilərə” çəkiliblər. “Hər kəs sağ-salamat ayrılıb. Hər şey yaxşıdır” deyib.

Bu çətin suala qubernator cavab verib ki, ağrılı an olsa da, “bu, itirilmiş müharibə deyil”.

“Bu, itirdiyimiz yalnız bir döyüşdür, müharibə deyil” deyib. “Bizim əsgərlərimizi xilas etmək lazım idi”. Qayday deyib ki, Ukrayna qüvvələrinin rusları məğlub etmək üçün, kifayət qədər uzaq mənzilli artilleriyası yoxdur.

O, futbol bənzətməsindən istifadə edərək əlavə edir: “Futbol komandasında bir yaxşı oyunçu olsa, matçda qalib gələ bilmərik. Daha çox ehtiyacımız var”.

Luqanskın hamısının alınıb-alınmadığını soruşduqda o, Beloqorovka və Novokonstantinovkada döyüşlərin davam etdiyini bildirib.

Rusların növbəti məqsədi Donetsk vilayətini tutmaqdır.

Xülasə

  1. Regionun qubernatoru bildirib ki, Rusiya əsas Luqansk vilayətini ələ keçirdikdən sonra, Ukraynanın şərqindəki Donbasa tam nəzarəti ələ keçirməyə çalışacaq.
  2. Sergey Qayday Moskvanın bundan sonra hücumlarını Donetsk vilayətinin Slavyansk və Baxmut şəhərlərinə yönəldəcəyinə inandığını deyir.
  3. Bu, rus qoşunlarının şərqdəki Lisiçansk şəhərini tutmasından və Luqansk vilayətinə nəzarəti ələ keçirdikdən sonra baş verib.
  4. Ukrayna prezidenti Zelenski Luqanski qaytaracağına söz verib.
  5. Moskva Ukraynanı Belqorodun mülki əhalisinə raket zərbəsi endirməkdə ittiham edib, lakin Kiyev bu ittihamı rədd edib.
  6. Bu arada onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri Ukraynanın yenidən qurulması planını hazırlamaq üçün, İsveçrədə toplaşırlar.
  7. Yenidənqurma səyləri İkinci Dünya Müharibəsindən sonra, Almaniyanın yenidən qurulması üçün, ABŞ-ın rəhbərlik etdiyi Marşal Planı ilə müqayisə edilmişdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »