ABŞ-ın hərbi dəniz bazasından Yokosuka limanına axıdılan çirkab sularında xərçəngə səbəb olan təhlükəli maddələr – perfluorooktan sulfon turşusu (PFOS) və perfluorooktan turşusu (PFOA) aşkar edilib. Bu barədə “Mainichi” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dəniz bazasının şərq hissəsində sahildə köpük aşkar edildikdən sonra, su sınaqları aparılıb. Kimyəvi sızmanın səbəbi hələ dəqiqləşdirilməyib, lakin bildirilir ki, Yokosuka bazasındakı çirkab su təmizləyici qurğunun yaxınlığında yanğınsöndürmə məntəqəsi var. (PFOS və PFOA yanğınsöndürmə köpüyü komponentləridir).
Yokosuka bələdiyyə hökuməti Yaponiyanın müdafiə naziri Nobuo Kişidən ABŞ-ın Yokosukadakı Hərbi Dəniz Bazasının ərazidə balıq tutmağın nə dərəcədə təhlükəsiz olduğunu müəyyən etmək üçün, təhlükəli kimyəvi maddələrə sahib olub-olmadığını və onlardan istifadə edib-etmədiyini aydınlaşdırmağı xahiş edib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın Havaydakı Pearl Harbour hərbi dəniz bazasının suqəbuledici hissəsinə yanacağın daxil olması 4 minə yaxın hərbçi ailənin köçürülməsinə və 400 minə yaxın insanı su ilə təmin edən yeraltı quyuların bağlanmasına səbəb olub.
Bundan əlavə, Vaşinqton, Pensilvaniya, Florida və Miçiqandakı hərbi bazaların yaxınlığında içməli suyun sınanması, onun içilməz olduğunu, təhlükəli perftoralkil və poliftoralkil kimyəvi maddələrinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (ƏMMA) təyin etdiyi təhlükəsiz səviyyədən xeyli yuxarı olduğunu göstərib.
ƏMMA qaydaları, PFOS və PFOA səviyyələrinin trilyon başına (ppt) 70 hissədən çox olmamasını tələb edir, halbuki Vaşinqton əyalətindəki Dəniz Hava Stansiyasının Whidbey adası yaxınlığında içməli su nümunəsində 4,720 ppt PFOS aşkar edilmişdir.