Builki Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Ukrayna qrupu olan Kaluş Orkestri Ukraynadakı müharibəyə yardım məqsədilə pul toplamaq üçün, kubokunu 900.000 dollara (712.000 funt sterlinq; 838.000 avro) satıb.
Kristal mikrofon Ukrayna hərbçilərinə pilotsuz təyyarələr almaq üçün Facebook-da hərraca çıxarılıb.
Satış qrupun Berlindəki Brandenburq Qapısında xeyriyyə konsertində çıxışı ilə üst-üstə düşüb. Xeyriyyə konserti tibbi xidmət və ləvazimatlar üçün pul toplamaq məqsədi daşıyıb.
Konsertdə çıxış edən qrupun üzvü Oleq Psyuk insanları müharibəyə alışmamağa çağırıb.
“Düşünürəm ki, sülh qələbə çalanadək, həmişə birinci səhifələrdə olmalıdır”. Psyuk.
Mediya agentliklərinin verdiyi məlumata görə, ukraynalı teleaparıcı Serhiy Pritula kubokun satışından əldə olunan gəlirin Ukrayna istehsalı olan üç PD-2 pilotsuz təyyarəsinin alınmasına sərf ediləcəyini bildirib.