DİM: Bugünkü imtahanlarda ən yaşlı abituriyent 1965-ci, ən gənc isə 2006-cı ildəndir

0

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir.

İctimairey.az-a Dövlət İmtahan Mərkəzindən məlumatda bildirilib ki, imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 20 min 725-i Azərbaycan, 2153-ü isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 13 min 648 nəfəri oğlan, 9 min 230 nəfəri qızdır. 19 min 68 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3293 nəfər əvvəlki illərin məzunudur. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2006-cı ildəndir.

Mayın 22-də keçirilən qəbul imtahanında 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Bildirilib ki, həmin abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »