Hadisə Ramanı qəsəbəsi “Şuşa şəhərciyi”ndə qeydə alınıb. 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İctimairey.az xəbər verir ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. AzVision.az