“Azərbaycan Hava Yolları”nda böyük zərər

0

 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub. Halbuki, AZAL 2019-cu ili 78 milyon 770 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə AZAL-ın xalis zərəri 3% azalıb.

İctimairey.az xəbər verir ki, 2019-cu ildə AZAL-ın daşımalardan və və digər xidmətlərdən gəlirləri 1 milyard 8 milyon 459 min manat ikən, 2020-ci ildə 335 milyon 236 min manata düşüb (3 dəfə azalıb). Gəlirlərin azalması koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlər ilə bağlıdır.

Həmçinin 2020-ci ildə AZAL hökumətdən 232 milyon 82 min manat subsidiya alıb.

AZAL-ın zərər etməsinin əsas səbəbləri yüksək əməliyyat və maliyyə xərcləridir. 2020-ci ildə AZAL-ın əməliyyat xərcləri 540 milyon 149 min manat, maliyyə xərcləri isə 83 milyon 966 min manat təşkil edib. Marja

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »