SON XƏBƏR: “Putin TOPYEKUN müharibə və səfərbərlik elan edəcək”

0

Rusiyadan olan mənbələr və Qərb rəsmiləri bildiriblər ki, rus ordusu Ukraynaya müdaxilənin uğursuzluğundan narazıdır və Putini Ukraynada hərtərəfli müharibə və Rusiyada səfərbərlik elan etməyə çağırıb.

Üçüncü ayda Rusiya-Ukrayna müharibəsi davam edərkən, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün sonra, Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi bildirilir.

Rusiyadan və Qərb rəsmilərindən olan mənbələrə görə, Putin Ukraynada müharibənin bir neçə həftəyə bitəcəyinə inanırdı və işğalın uzanması Rusiyada gərginliyə səbəb olur. İngiltərə mətbuatı işğalın uzanmasından narahat olan rus komandirlərin hücumları artırmaq üçün. ölkədə səfərbərlik elan etmək və Putindən Ukraynada hərtərəfli müharibəyə çağırış tələb etdiyini yazıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles qeyd edib ki, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər. NATO-nun keçmiş komandanı Riçard Şerif də bildirib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı “ən pis ssenariyə hazır olmalıdırlar”.

“Komandirlər qəzəblidir”

İngilis Teleqraf qəzetinə danışan Rusiyadan olan hərbi mənbə, “Komandirlər Kiyevə hücumun uğursuzluğa düçar olmasından qəzəblənirlər. “Hərbi işçilər keçmiş uğursuzluqların əvəzini ödəmək və Ukraynada irəliləmək istəyirlər.

Bundan əvvəl mətbuatda Rusiya ordusunun Putinin Ukraynaya müdaxilənin bir neçə həftəyə başa çatacağı ilə bağlı proqnozuna reaksiya verdiyi və hücumların artırılmasını istədiyi barədə xəbərlər yayılmışdı.

Rusiya bu ayın əvvəlində müharibənin birinci mərhələsinin başa çatdığını və qoşunların Ukraynanın paytaxtı Kiyevdən çıxarılacağını və Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi şərq Donbas bölgəsində cəmlənəcəyini açıqlamışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »