Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Yağ bahalaşacaq? -VIDEO

0

”Dünən ”Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın duru yağların qiymətinin artmasına səbəb olacaq”. Məsələni şərh edən iqtisadçı ekspert Xalid Kərimli bu fikirdədir. Onun sözlərinə görə qiymət artımı təkcə bu amillə bağlı deyil. Çünki Ukrayna-Rusiya müharibəsi nəticəsində qlobal bazarda bu məhsulun bahalaşması müşahidə edilirdi. Dünənki yanğın bahalaşma ilə bağlı proqnozları reallığa daha da yaxınlaşdırmış oldu. 

“Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğın duru yağların qiymətini aktuallaşdırır. İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, yaxın vaxtlarda məhsulun qiymətində artım qeydə alına bilər.

”Azərsun” holdinqdənin yaydığı açıqlamada isə qeyd edilib ki, yanğın nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi ziyan dəysə də, şirkətin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər yağ ehtiyatı mövcuddur. ”Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq”-deyə açıqlamada vurğulanıb.

Xalid Kərimli qeyd edib ki, vurğulayıb ki, sadalalan səbəblərdən duru yağın qiymətinin bahalaşacağı qaçılmazdır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »