Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

0

Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

İctimairey.az Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin  məlumatına görə  bildirir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib. Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub. Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »