“Yelo Bank”ın sahibi Vahid Ələkbərov Lukoil şirkətinin rəhbəri vəzifəsini tərk etdi

0

Əslən Azərbaycanlı olan Vahid Ələkbərov “Lukoil” şirkətinin (Lukoyl) direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Marja xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

“Ələkbərov şirkətə, “Lukoil”in Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə “Lukoil”in prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib”, – məlumatda deyilir.

Ələkbərov qərarı ilə bağlı İdarə Heyətinin sədrinə də məlumat verib.

Ələkbərov LUKOIL-un səhmlərinin 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan ailə və pay investisiya fondları vasitəsilə səhmlərin 5,43%-nə sahib olub.

Vahid Ələkbərov, Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” ASC-nin əsas səhmdarı olan “Topaz İnvestment” şirkətinə nəzarət edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »