Ağ Evin hədiyyə mağazası Zelenski sikkələrini satır
Ağ Ev suvenir onlayn mağazasında Ukrayna prezidenti Vladimir Zelenskinin təsviri olan kolleksiya sikkələri satışa çıxarılıb. Bir sikkənin qiyməti 100 dollardır.
Amerika Prezidentliyinin Sikkə Kolleksiyasının Tarixi Anları seriyasından 31-ci sikkənin üz hissəsində Zelenski təsvir edilmişdir;
Kolleksiyanın 32-ci sikkəsində Zelenskinin 2022-ci il martın 7-də ABŞ Konqresinə videomüraciəti əks olunub. İctimairey.az bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.
“Bu, dünyanın ən böyük hərbi və maliyyə gücünə qeyri-adi virtual müraciətdir. Zelenski Amerika tarixindəki hadisələri nəzərdə tuturdu: İkinci Dünya Müharibəsini başlatan Pearl Harbora hücum və Terrorla Mübarizəni başlatan 11 sentyabr 2001-ci il hücumları.
Jurnalistlər qeyd ediblər ki, kolleksiya sikkələrinin satışından əldə olunan bütün vəsait Ukraynaya humanitar yardım üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Amerika bölməsinə köçürüləcək.