Bu arada erməni ombudsmanı bildirib ki: “Dağlıq Qarabağ xalqı Azərbaycan ilə əsla sülh içində yaşamadı və yaşaya bilməz”. Fikrimcə bizim ombudsman da buna təqribən belə cavab verməlidir: “Ümid edirik ki, başınıza dəyən dəmir yumruqdan sonra tərbiyələnib sülh içində yaşamağa alışacaqsınız”.Bir səfeh də ingilislərin içində baş qaldırıb. İngilis millət vəkili Rupa Huq, hökuməti saxta erməni “soyqırımı”nı tanımağa çağırıb.
Maraqlı işlərdən biri də budur ki, Ermənistan, Azərbaycanın 2020-ci il Qarabağ Savaşı sırasında və sonrasında törətdiyi savaş cinayətlərini təqdim edən yeni bir web səhifə açtı. Bu addıma mütləq qarşılıq verməliyik və ermənilərin 30 il ərzində törətdiyi cinayətlər və vəhşiliklər barədə bilgiləri fərqli dillərdə dünyaya tirajlamalıyıq.
Müsbət işlərdən biri də budur ki, vaxtilə Ermənistana verilmiş Qərbi Zəngəzurda (Sünik rayonunda) ana müxalifətdəki “Hayastan” blokuna bağlı olan bəzi bələdiyyə başqanları həbs olunub. Zəngəzurun ekstremistlərdən təmizlənməsi hər mənada işimizə yarayıq. Allah qapılarını açmasın ki, biz Zəngəzur dəhlizini açaq.
Fazil Mustafa, Millət vəkili