“Azərbaycan kişisi atalığıyla, ailəcanlılığıyla daim hər kəsin marağında olan obraz olub…”

0

“Bu problem uşaq doğulandan etibarən normal böyüdülməyən, cəmiyyətə normal sunulmayan oğlan övladlarının böyüyüb, kişi olub, evlənib ailədə normla özünü idarə etməməsindən yaranır”

İctimai Rəy xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova ailə münaqişələri haqda danışarkən deyib:

“Bu məsələni əvvəldən həll etmək lazımdır. Bu problem uşaq doğulandan etibarən normal böyüdülməyən, cəmiyyətə normal sunulmayan oğlan övladlarının böyüyüb, kişi olub, evlənib ailədə normla özünü idarə etməməsindən yaranır. Heç bir münaqişədə günah təktərəfli olmaya bilər. Amma heç bir haqq, hüquq, vəziyyət istər bu əxlaq çərçivəsində, mentalitet baxımından heç bir şey qadını qətlə yetirməyə kişiyə haqq vermir. Ailələr var ki, görürlər ki, oğlanları normal deyil, heç bir kişi ilk münaqişədə qadınını öldürmür. Dəfələrlə aralarında münaqişə olur, bütün qonşular, qohumlar bilir və bir gün bu daha betər olur. Burda günah ailələrdə, ailə böyüklərində və ağsaqqallardadır ona görə ki, onlar bunu bildikləri halda problemə müdaxilə etmirdilər. Düzdü, Azərbaycanda deyim var ki, kişi döyər də, sevər də. Kişi döyməz, kişi sevər. Bu gün ailələrdən gələn söhbətlərdə niyyətimiz kişilərin əleyhinə danışmaq deyil. Amma bəzən elə problemləri qadınlarımız danışır ki, təəccübünü gizlədə bilmirsən. Azərbaycan kişisi daim hər kəsin marağında olan bir obraz olub. Atalığıyla, ailəcanlılığıyla, kişiliyilə, cəmiyyətdəki mövqeyi ilə. Bu gün bizim kişilərimiz belə hərəkət edəndə artıq bu həyəcan siqnalıdır. Maarifləndirmə getməlidir, dövlət orqanları ailələr hüquqlarını izah etməlidirlər. Bəzən xanımlar olur ki, aidiyyatı qurumlar əvəzinə, bundan qonum-qonşuya şikayət edirlər. Yəni maarifləndirmə aparılmalı və cəmiyyət də buna biganə qalmamalıdır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »