Ermənistan bloku: Paşinyanın məqsədi Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını təmin etməkdir
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini saxlamaq üçün, Rusiyaya qarşı işləməyə hazırdır. Bunu aprelin 15-də Milli Assambleyada ənənəvi brifinqlərdə “Ermənistan” müxalifət blokundan olan deputat Andranik Tevanyan deyib.
O, Nazirlər Kabinetinin rəhbərini Ankara və Bakı ilə Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə ziyan vurmaqda ittiham edib.
“Nikol Paşinyan Rusiya sülhməramlılarını oradan sıxışdırıb çıxararaq, Qarabağı Azərbaycana verməyə çalışır. Onun məqsədi onların orada mövcudluğunu mənasız etmək və gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasını təmin etməkdir”, – Tevanyan hesab edir.
Siyasətçi əmindir ki, Paşinyan Türkiyə və Azərbaycan prezidentlərinin tələblərini təmin etməklə, əslində, öz kreslosunda oturmağa çalışır.