“Avroviziya”da qalib gələ bilərik?

0

Həm pandemiyadan, həm də dünyada baş verən siyasi-iqtisadi proseslərdən sonra Avropa tamaşaçısının hansı zövqə, hansı emosiyaya kökləndiyini bilmirik.

Bu sözləri Kult.az-a açıqlamasında bəstəkar Gövhər Həsənzadə “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Nadir Rüstəmlinin ifa edəcəyi “Fade to black” mahnısı haqqında danışarkən deyib.

O bildirib ki, ölkəmiz artıq Avropada daha çox tanındığına və diqqət mərkəzində olduğuna görə, mahnının necə olmasından asılı olmayaraq, Azərbaycanın imici seçimlərdə öz sözünü deyəcək:

“Bu müsabiqə peşəkar olmadığına görə yalnız mahnıya görə proqnoz vermək çətindir. Ümumiyyətlə, öncəki illərlə müqayisədə builki “Avroviziya” mahnımız digər illərdəki çıxışlarımızdan çox da fərqlənmir. Son bir neçə ildir “Avroviziya”da uğursuz nəticələr əldə etmişik. Umid edirəm ki, bu il mahnımız və səhnə performansımız yaddaqalan olacaq”.

Qeyd edək ki, “Avroviziya-2022” İtalyanın Turin şəhərində keçiriləcək. Mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 10-u, ikinci yarımfinal 12-si baş tutacaq. Final mərhələsi isə 14 mayda keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »