Su üzrə tariflərin differensiallaşdırılması təklif edilir
Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.
İctimaiRey.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.
O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib.
Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.
O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilib ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.
Sənaye, digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşməyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”.