Cərrah Akif Ağayarovun prinsipi: İş yalnız əməliyyatla bitməz, xəstəlik kökündən müalicə edilməli

0

Nizami adına Tibb Müəsisəsi Xətai rayonu Keşlə qəsəbəsində yerləşir. 1993-cü ildən burada çalışan qazi və cərrah Akif Ağayarov Tofiq oğlu xəstələrinə göstərdiyi diqqət və qayğıya görə böyük nüfuz və hörmət qazanıb.

Qocaman həkim-cərrah Akif Ağayarov öz şəfalı, isti münasibəti ilə yüzlərlə xəstələrə sağlamlıq baxş edib. Dəfələrlə qəsəbə sakinləri onun barəsində xoş sözlər söylədiyindən, cərrahla yaxından tanış olmaq qərarına gəldim.

Qeyd edim ki, özüm də xəstəliyimlə əlaqədar bir neçə klinikaya müaraciət etmişdim. Bizlik deyil – deyə imtina cavabı almışdım. Akif Ağayarova müraciət etdim, o əməliyyatı yüksək səviyyədə başa çatdırdı və mən tez bir zamanda sağlamlığıma qovuşdum.

Söhbət əsanasında Akif həkimin özündən bir qədər məlumat əldə etdim.

Akif həkimin dediklərindən: “1-ci Qarabağ döyüşləri zamanı Füzuliyə, döyüş bölgəsinə getdim və orada yaralı döyüşçülərimizin vaxtında həyatını xilas etmək üçün gecə-gündüz çalışırdım. Neçə-neçə yaralı igidlərimizi döyüş bölgəsindən çıxardaraq, əməliyyat etmişəm. Bir hadisə isə, heç yadımdan çıxmaz. Bir ağır yaralı əsgərimizi əməliyyat edirdim. Bu zaman düşmənin atdığı bomba düz əməliyyat otağına düşdü. Hər yer bir anın içində darmadağın oldu. Neçə nəfər yaralandı. Bombanın təsirindən mən də kənara atılmışdım. Fikrim əməliyyat olunan xəstənin yanında olduğundan, tez özümü ələ aldım və yenidən işə başladım. Şükürlər olsun ki, yaralı əsgərimizi yenidən həyata qaytara bildim. Mənə Allah kömək etdi. Allaha çox inanıram, namazımdan, inancımdan bir an belə ayrı yaşaya bilmərəm. Dualarımda hər zaman Allahımdam xəstələrimə şəfa, sağlamlıq diləyirəm. Deyim ki, cərrahlar insan sərrafı olur. Hər cür xəstə ilə üzləşirsən. Bilirsiniz, o zaman sevinir, ləzzət alıram ki, nə yaxşı ki, gözəl danışan, mehriban insanlar var.”

Qeyd edim ki, cərrahla eyni gündə işə qəbul olunan və bu günədək onunla bərabər çalışan tibb bacısı Sveta Ömərovanın da mehriban, qayğıkeş rəftarı, səliqəli işi yaddaşıma həkk olundu. Sveta xanım əslən Kürdəmir rayonundandı.

Əslən Füzili rayonundan olan cərrah Akif Ağayarov ali təhsilli  dörd övlad atasıdır.

Bu gözəl, saf qəlbli, daxili məziyyətləri zəngin olan, xəstələrinin şəfası üçün əllərindən gələn bacarığını əsirgəməyən həkim-cərrah Akif Ağayarova və tibb bacısına Sveta Ömərovaya dərin təşəkkür və uğurlar arzulayıram.

Esmira ŞÜKÜROVA   İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »