Qubada 38 yaşlı sərxoş kişi qayınanasına təcavüz etdi – Təfərrüat

0

Quba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Emin Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

IctimaiRey.az  Demokrat.az-a istinadən bildirir ki, Emin Mirzəliyev 3 iyul 2019-cu il tarixdə saat 15 radələrində işlədiyi Quba rayonu Rustov kəndində yerləşən “Qızılağac” kafesində pivə içib.

O, sərxoş vəziyyətə düşdükdən sonra əvvəllər də olduğu kimi evinə su aparmaq məqsədi ilə atasına məxsus “VAZ 2107” markalı avtomobillə qayınanası Səidə Babayevanın (ad və soyad şərti verilib – red.) yaşadığı Rustov kəndindəki evinə gedib. Emin Mirzəliyev Səidə Babayevanı evin mətbəxində gördükdə, onunla cinsi əlaqədə olmaq həvəsinə düşüb.

Lakin qayınanasının onunla könüllü cinsi əlaqədə olmayacağını bilib. Qayınanasına zor tətbiq etməklə cinsi əlaqədə olmaq niyyətilə ona yaxınlaşıb, onu arxadan qucaqlayıb.

Səidə Babayeva Emin Mirzəliyevin niyyətini başa düşdükdən sonra müdafiə olunmaq məqsədilə evin mətbəxindən qaçaraq digər otağa keçib, özünü otaqdakı pəncərədən həyətə atmaq istəyib.

Emin Mirzəliyev qayınanasının sağ qolundan tutub və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Emin Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Mirzəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.

Emin Mirzəliyev məhkəmə zalından həbs olunub.

Bu hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Vəkil müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını və ona şərti cəza verilməsini istəyib.

Bir müddət əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində işə baxan hakimlər tərəflərin şikayətlərini təmin etməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Ali Məhkəməyə göndərdiyi kasasiya şikayətində Emin Mirzəliyevin barəsində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan iclasda prokurorun kasasiya şikayəti təmin edilib. İşdə ağırlaşdırcı halların müəyyən edilməsi üçün cinayət işi yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda işin halları araşdırılıb, sonda qərar elan edilib.

Hakim heyəti təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş tərəfin ayrı-ayrılıqda verdikləri şikayətlər təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü prokurorun protestinə əsasən dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqinə dair müddəalar xaric edilib.

Emin Mirzəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »