SON DƏQİQƏ! Ukrayna Müdafiə Nazirliyi açıqlama yaydı: Rusiya bu ölkənin ərazisində…

0

Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

IctimaiRey.az -un xəbərinə görə, qurumdan bildirilib ki, genişmiqyaslı hücum davam edir.

“Rus hərbçiləri Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək üçün ölkəmizin şərqində hücuma hazırlaşırlar. Volın istiqamətində düşmənin mövqeyində və hərəkətlərində heç bir dəyişiklik olmayıb. Ukraynadan çıxarılan Rusiyanın bəzi hərbi bölmələri Belarus ərazisində yerləşirlər. Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri yenidən qruplaşmaq üçün Şərq Hərbi Dairəsinin 35-ci Ümumqoşun Ordusunun və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin 76-cı Hücum Diviziyasının bölmələrini Belqorod və Voronej vilayətlərində hərəkətə gətirir. Severski istiqamətində qarşı tərəfin qüvvələri yenidən qruplaşdırılır. Bunun üçün Mərkəzi Hərbi Dairəsinin Bryansk və Kursk vilayətlərindəki bölmələrinin döyüş qabiliyyəti bərpa edilir, həmçinin 41-ci Ümumi Ordu və 90-cı Panzer Diviziyasının ayrı-ayrı hissələrinin Donetskə köçürülməsi başa çatdırılır. Slobojanski istiqamətində Xarkovun intensiv atəşə tutulması və şəhərin qismən blokadası davam etdirilir. Belqorod vilayətində ruslar digər əməliyyat bölgələrindən köçürülmüş hərbçilər üçün səhra düşərgələri qurublar”.

 Ukrayna Müdafiə Nazirliyi açıqlama yaydı: Rusiya bu ölkənin ərazisində...

Məlumata görə, Rusiya Silahlı Qüvvələri İzyum istiqamətində Brajkivka və Sulyhivka yaşayış məntəqələri istiqamətində hücuma keçsə də, heç bir uğur qazana bilməyib: “Donetsk istiqamətində hücumlar davam edir. Əsas səylər Rubijne, Nıjne, Popasna və Novobaxmutivka yaşayış məntəqələrinin nəzarətə götürülməsinə və Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına yönəlib. Cənub Buq istiqamətində rus kəşfiyyatı gücləndirilib. Maryanske, Novovorontsovka, Novohryhorivka və Şevçenkove yaşayış məntəqələri artilleriyadan atəşə tutulub. Krım yarımadası ərazisindən Odessa vilayətinin yaşayış məntəqələrinə raket zərbələri endirilir. Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub”.

Oxu24.com

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »