Rusiya Müdafiə Nazirliyi, Rusiya tərəfindən inkişaf etdirilən idarə olunan hipersəsli “Zirkon” raketinin Barents dənizindəki Rus freqatının admiral Gorshkovdan atılaraq sınaqdan keçirildiyini açıqlayıb.
İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki,Rusiya Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamada, Rusiya tərəfindən hazırlanan idarə olunan hipersəsli Zirkon raketinin Barents dənizinin Ağ dəniz bölgəsindəki Rus freqatının admiral Gorshkovdan atılması ilə sınaqdan keçirildiyi qeyd edilib. Nazirlik, sınaq çərçivəsində Zirkonun Barents sahilindəki quru hədəfini 350 kilometr məsafədən müvəffəqiyyətlə vurduğunu bildirib. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin mart ayında etdiyi bir açıqlamada bu hipersəsli raketlərin dünyanın demək olar ki, hər nöqtəsinə zərbə endirə bilən və ABŞ-ın hazırladığı raket qalxanlarından yayınan yeni nəsil rus silahlarının bir hissəsi olduğunu bildirmişdi.
İbrahim Nəcəfov
İctimairey.Az