Gəncədə Novruz Bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib-FOTO

0

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Gəncədə təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.Нет описания.

Gəncənin Heydər Əliyev adına meydanında təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Nizami və Kəpəz bələdiyyələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.Нет описания.

Əvvəlcə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra tədbir iştirakçıları Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən və milli geyimlərdən ibarət sərgiyə, müxtəlif idman oyunlarına baxış keçiriblər. Gəncə Dövlət Dram Teatrının Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladığı “Bazar meydanı” tamaşası isə hər kəsin ovqatına xoş təsir bağışlayıb.Нет описания.

Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Bununla yanaşı , kəndirbazların, sehirbazların, yoqa ustalarının çıxışları, həmçinin şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Gəncə Uşaq Evinin, 2, 13 saylı Körpələr Evi-Uşaq bağçasının kollektivlərinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının çıxışları maraqla qarşılanıb.Нет описания.

Rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Nizami Gəncəvinin, M.Ş. Vazehin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın inkişafı uğrunda həmrəy olmağa çağırıb. İştirakçıları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb onlara xeyir-dua verib.Yazın müjdəçisi – Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib, cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar.Нет описания.

Tonqalın ətrafında Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklaları, Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, “Cəngi” musiqisi ifa edilib. Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Нет описания.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestrı, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin kollektivləri qonaqların qarşısında bir-birindən maraqlı və rəngarəng çıxışlar ediblər. Konsert proqramı M. Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.Нет описания.

Gülnar RÜSTƏMOVA İctimairey.az. Xüsusi Müxbir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »