Baş Prokurorluqda keçirilən konfrans iştirakçıları Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad ediblər-FOTO

0

Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir.

Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edirlər.Возможно, это изображение (5 человек, люди стоят, на открытом воздухе и памятник)

İctimairey.az xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.Возможно, это изображение (18 человек, люди стоят, на открытом воздухе и дерево)

Konfrans çərçivəsində prokurorluğun inzibati binasına press-tur təşkil olunacaq.Возможно, это изображение (5 человек, люди стоят и на открытом воздухе)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »