Azərbaycana Türkiyənin milli istehsalı olan 1200 doza “TURKOVAC” vaksini gətirilib.
Bu barədə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib.
Qeyd edək ki, bu gündən ölkəmizdə “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.