Jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı – FOTO

“Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tanınmış telereportyor Şakir Eminbəyli 2018-ci ildə”Jurnalistlər Evi”ndə ona verilən mənzili şəhid ailəsinə bağışlayıb.

İctimairəy.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində bildirib:

“2018-ci ildə “Jurnalistlər Evi”ndə mənə ayrılan mənzili şəhid ailəsinə verirəm. Şərhə ehtiyac yoxdur. Hər kəsə təşəkkür” ,- deyə jurnalist yazıb. 

Qeyd edək ki, bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

İctimairey.az

Comments are closed.

Tərcümə »