Naxçıvan Qarnizonu Qoşunlarında  komandir hazırlığı məşğələləri keçirilib – VİDEO

0

Komandir heyətinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında  özünəinam hissinin aşılanmasına yönəldilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən məşğələlərdə yanğınsöndürmə avtomobillərinin və yanğın-texniki avadanlıqlarının, xilasedici qayıqların və digər vasitələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, texniki xidmət və təmiri  haqqında, xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi qaydaları barədə məlumat verilib.
Qəzaların aradan qaldırılması, yanğınların aşkar edilməsi və söndürülməsi, şəxsi heyətin, silah və texnikanın, əmlakın mühafizəsi və təhlükəsiz təxliyyəsi üzrə keçirilən məşğələlər zamanı beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi ilə axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı, qayda və üsulları praktiki olaraq göstərilib.
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi qeyd edilib.
Müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.
Birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır vəziyyətə gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları işlənilib.
Məşğələlərin yekununda zabitlərin məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »