SON DƏQİQƏ: Vaaqn Xaçaturyan Ermənistanın prezidenti seçilib

Prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, hakim “Mülki Müqavilə” partiyasının irəli sürdüyü namizəd Vaaqn Xaçaturyan prezident seçilib. Milli Məclisin 107 deputatından 71-i səsvermədə iştirak edib. Onların hamısı Xaçaturyanın namizədliyinə səs veriblər. Hakim partiyanın deputatları ayağa qalxaraq, Vaaqn Xaçaturyanın prezident seçilməsini alqışlayıblar.

Səsvermə ikinci turda keçirilib, çünki səsvermənin birinci turunda Xaçaturyanın lehinə 69 deputat səs verib, seçki üçün isə 81 səs tələb olunurdu.

Müxalifət səsvermədə iştirak etməyib.

İkinci turda Xaçaturyanın lehinə 71 deputat səs verib.

 

Comments are closed.

Tərcümə »