Tlajomulko qəsəbəsində üç fərqli fermada aparılan qazıntılar zamanı insan olduğu düşünülən bədən və sümük parçaları tapılıb.
Dövlət Prokurorluğundan verilən açıqlamada, qalıqların neçə nəfərə aid olduğunun müəyyən edilməsi , məhkəmə-tibb morquna göndərildiyi bildirilib.
Bölgədə qazıntı işlərinin bir müddət də davam edəcəyi paylaşılıb.
Bundan əvvəl, fevralın 13-də Xalisko ştatının Zapopan şəhərində içərisində insan qalıqları olan 18 çanta tapılmışdı.
İnsan Haqları, Əhali və Miqrasiya üzrə müşaviri Alejandro Encinas 2006-2021-ci illər arasında Meksikada 82 mindən çox insanın itkin düşdüyünü açıqlayıb.
Xalisko ştatında fəaliyyət göstərən “Jalisco Next Generation” narkotik karteli regionun ən güclü qruplaşması kimi tanınır.