Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli evin 4 otağı yanıb. Ev sahibi isə yanaraq ölüb.
İctimairey.az-a FHN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, bildirilir:
“Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.