ABŞ və Aİ niyə Suriya və Əfqan qaçqınlarından fərqli olaraq, ukraynalılara qucaq açır?- FOTO

0

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın ötən həftə hücumları başlayandan bəri, 500 mindən çox ukraynalının qonşu ölkələrə sığındığını açıqlayıb. Ardıcıl partlayışlar on minlərlə insanı zorakılıqdan xilas olmaq üçün evlərindən qaçmaqa və sərhədləri aşmağa məcbur etdi. Bununla belə, son on ildə humanitar böhranlara görə, Avropaya keçən qaçqınlardan fərqli olaraq, ukraynalılar xoş qarşılanır.

İllərdir Suriya, İraq və Əfqanıstandakı müharibələrdən qaçqınları qəbul etməyə müqavimət göstərən ölkələr Rusiya qüvvələrinin ümummilli hərbi hücuma başlaması ilə indi qapılarını ukraynalıların üzünə açıb.

500 MİNDƏN ÇOX İNSAN UKRAYNANI TƏRK EDİB

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin (BMTQA) direktoru Filippo Qrandinin sözlərinə görə, 500 mindən çox ukraynalı artıq evlərini tərk edib, onların ən azı yarısı qatarlara minib, magistral yolları bağlayıb və ya ölkələrinin sərhədlərini keçmək üçün yürüş edib.ABD ve AB, Suriyeli ve Afgan mültecilerin aksine Ukraynalılara neden kucak  açıyor? - Son Dakika Dünya Haberleri | NTV Haber

BMT və ABŞ rəsmiləri Ukraynadakı humanitar böhrana cavab olaraq, Ukraynanın qonşuları və digər Avropa ölkələrini birgə diplomatik səylərə cəlb edəcəklərini bildiriblər. Ağ Evin mətbuat katibi Cen Psaki, ABŞ prezidenti Co Baydenin Ukraynadan olan qaçqınları qəbul etməyə “tamamilə hazır olduğunu” söyləyib, lakin əksəriyyətin Avropada qalmağı seçəcəyini və yenidən asanlıqla qayıda bilsinlər deyə, səbəbini açıqlayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Filippo Qrandi, “Sərhədlərini açıq saxlayan və qaçqınları qəbul edən ölkələrin hökumətlərinə və xalqına ürəkdən təşəkkür edirəm. Daha çox ukraynalı öz sərhədlərinə doğru hərəkət edir”.

SƏRHƏDİNƏ DİVAR HÖRDÜRƏN POLŞADAN DƏSTƏK

Polşada ABŞ əsgərləri və diplomatlarının dəstəyi ilə hökumət rəsmiləri ukraynalılar üçün prosessinq mərkəzləri yaradıblar. “Bombalardan, rus tüfənglərindən yayınan hər kəs Polşa dövlətinin dəstəyinə arxalana bilər”, – Polşanın daxili işlər naziri Mariuş Kaminski jurnalistlərə deyib.

Bununla belə, Polşa hökuməti keçən ildən sərhəd divarına yüz milyonlarla dollar xərcləyir ki, bu layihə Yaxın Şərqdən gələn qaçqın və miqrantların ölkəyə çatmağa cəhd etməsinin qarşısını alsın.

QAÇQINLARı QƏFƏS SALIB, AC BURAXMAQDA GÜNAHLANDIRILMIŞDI

Polşadan başqa, Macarıstan ordusu da ukraynalılara sərhədin bağlı hissələrindən keçməyə icazə verir. Macarıstanın sərt baş naziri Viktor Orban bundan əvvəl qaçqınları ölkəsi üçün təhlükə kimi təsvir etmişdi və Orban hökuməti onları qəfəslərə salaraq, ac qalmaqda günahlandırılmışdı.ABD ve AB, Suriyeli ve Afgan mültecilerin aksine neden Ukraynalılara kucak  açıyor? - 24 Bursa

Daha da qərbdə, Avstriya kansleri Karl Nehammer Ukrayna böhranı fonunda “təbii ki, lazım gələrsə, qaçqınları qəbul edəcəyik” deyib. Ötən ilinin payızında Nehammer daxili işlər naziri vəzifəsini icra edərkən, Taliban Kabildə hökuməti devirdikdən sonra, sığınacaq axtaran bəzi əfqanların qarşısını almağa çalışıb.

Avstriyanın baş naziri Nehammer milli televiziya proqramına verdiyi müsahibədə “Ukraynalılar Əfqanıstan kimi ölkələrdən gələn qaçqınlardan fərqlidir. Biz qonşuluq yardımından danışırıq” deyib. Nehammer həmçinin bildirib ki, o, kömək istəyən ukraynalıların sayının nisbətən az olacağını gözləyir.

Digər tərəfdən, bəzi hesablamalar Rusiyanın işğalı səbəbindən ən azı bir milyon qaçqının Ukraynanı tərk edəcəyini təxmin edir. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild keçən həftə müharibənin beş milyona yaxın insanı didərgin sala və “Ukraynanın qonşularına təzyiq göstərə biləcəyini” söyləyib.

“PUTİNİ TƏNQİD ETMƏK ÜÇÜN SƏBƏB”

Diplomatların və ekspertlərin fikrincə, ukraynalıları qəbul etməyə hazır olan Avropa dövlətləri qismən humanitar cavab verməklə, Rusiyanın mülki şəxslərə hücumlarını vurğulamağa çalışa bilər. Bostondakı Şimal-Şərq Universitetinin professoru və siyasət direktoru Serena Parekh deyib: “Siz qaçqın böhranını Putinin Qərbdə sabitliyi pozmaq alətlərindən biri kimi nəzərdən keçirə bilərsiniz. O zaman sakitcə, Putini danlamaq üçün səbəbiniz var”, – o deyib.

Ukraynalılar AğDƏRİLİ  və Xristian

“Digər tərəfdən” Parekh deyib: Ukraynalıların ağdərili, əsasən xristian və avropalı olduğunu görməmək çətindir. Beləliklə, son 10 ildə, xüsusən 2015-ci ildən sonra, həqiqətən yüksələn ksenofobiya, Yaxın Şərq və Afrikadan olan qaçqınlar üçün olduğu kimi, bu böhranda müəyyən rol oynamır”.

Digər tərəfdən, Bayden administrasiyası avqust ayında Talibanın ələ keçirməsi zamanı, 75 000-dən çox əfqana iqamətgah və ya humanitar şərti olaraq, şərti azad edildiyi üçün, ukraynalı qaçqınları qəbul etmək çağırışları ilə də üzləşir.

Ən azı indiki vaxtda ABŞ-ın cari maliyyə ilində ümumi qaçqın qəbulu üçün, ukraynalılara humanitar şərti azadetmə proqramı təklif edəcəyi ehtimalı azdır. Bu il bu rəqəm 125 000, o cümlədən Avropa və Mərkəzi Asiyadan olan 10 000 qaçqınla məhdudlaşdırılıb.ABD ve AB, Suriyeli ve Afgan mültecilerin aksine Ukraynalılara neden kucak  açıyor? - Ağrı Haber

Digər tərəfdən, Rusiyanın hücumları nəticəsində təhlükə altında olan insanları qarşılamaqla yanaşı, qonşu ölkələrdə tarixin təkrarlana biləcəyini izah edən Parekh, məsələn, 1956-cı ildə Sovetlərin təzyiqi ilə başlayan və 200.000 nəfərin qaçdığı Macarıstan üsyanı, Avropanın onlarla ölkəsinə yerləşmədən əvvəl Avstriyaya sığınmaqla nəticələndi. 1968-ci ildə demokratiya tərəfdarı olan Praqa Baharı etirazlarını susdurmaq üçün, sovet işğalından qaçmaq üçün 80.000 ilə 100.000 arasında insan Çexoslovakiyanı tərk etdi.

“Hər iki halda Birləşmiş Ştatlar Avropa ölkələrinə qaçqınları yerləşdirməyə kömək etmək üçün yardım göndərdi” Parekh deyib. Bu, əsasən ABŞ-ın macarları köçürmək üçün Avropa dövlətləri ilə işləməsinin nəticəsi idi. “ABŞ-ın tarixi düşməni olan ruslardan qaçanlara kömək etmək onları motivasiya edən bir şeydir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »