“Əl Nusra”dan Ukraynaya döyüşməyə gedən çeçen müsəlmanlara qarşı fətva

0

“Əl Nusra” terror təşkilatının dini lideri Əl-Qahtani Ukraynaya qarşı Rusiyaya dəstək vermənin “icazəli” olmadığını açıqlayıb.

Rusiya sərhədləri daxilində Çeçenistan Respublikasının başçısı Ramazan Kadırov çeçen silahlılarının Ukraynada yerləşdirildiyini bildirib və ukraynalıları hökuməti devirməyə çağırıb.

Kadırovun çağırışından sonra, Suriyada hökumətə qarşı dinə əsaslanan dövlət qurmaq üçün, mübarizə aparan cihadçı “Əl Nusra” terror təşkilatından Ukrayna ilə bağlı “fətva” gəlib.

Terror təşkilatının dini lideri Əbu Mariya əl-Qahtani Twitter hesabında paylaşım edib:

“Çeçen müsəlmanlarının ukraynalılara qarşı vuruşan qatil Rusiyaya dəstək verməsi yolverilməzdir, Çeçenistan müsəlmanları isə, Putini dəstəkləyən Kadırova qulaq asmamalıdır. Rusiya minlərlə müsəlmanı öldürüb və öldürməkdə də davam edir. Rusiyanın Ukraynada güclənməsi cinayətkar Rusiyanı gücləndirir”.

İSMAILAĞA BƏDDUA EDİB

“Əl Nusra”nın dini lideri Kahtani ilə paylaşaraq, AKP-yə güclü dəstəyi ilə tanınan İsmailağa camaatından Rusiyaya “lənət” yağıb.

Camaatın ‘fiqh şurası’ üzvü Əbdülhəmid Türkeri Twitter hesabında ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sanksiyaları ilə bağlı xəbəri sitat gətirərək, Moskva rəhbərliyi haqqında “Ya Rəbbim! Bu rus zalımını Harunu batırdığın kimi batır. İllərdir minlərlə müsəlmanı və məzlumu qətlə yetirən bu pisliyi rüsvay et.”

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »