SON XƏBƏR: Rusiya 2022-ci il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququndan məhrum edilib
Yarışlar iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməli idi
Beynəlxalq Şahmat Federasiyasının (BŞF) Şurası 2022-ci il Ümumdünya Şahmat Olimpiadasını Rusiyadan köçürüb.
İctimairey.az xəbər verir ki, bu barədə BŞF-ın mətbuat xidməti məlumat yayıb.
Yarışlar iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməli idi.
“BŞF Şurası 44-cü Ümumdünya Şahmat Olimpiadasının, o cümlədən əlillər üçün yarışların və BŞF Konqresinin Rusiyada keçirilməməsinə qərar verib. BŞF olimpiadanın başqa təşkilatçısının tapılması üçün, əlindən gələni edəcək”, – məlumatda deyilir.
Xatırladaq ki, Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırılmışdı.
Daha sonra, turnir koronavirus pandemiyası səbəbindən 2021-ci ilə, daha sonra isə 2022-ci ilə təxirə salınıb və Belarus onu qəbul etməkdən imtina edib.