SON DƏQİQƏ: Şimali Koreyadan yeni ballistik raket sınağı

0

Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizi istiqamətində yeni ballistik raket sınağı keçirdiyini açıqlayıb.

Yaponiyanın müdafiə naziri Nobuo Kişi təxminən 300 kilometr məsafə qət edən raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb.

 Dünya Ukrayna-Rusiya müharibəsində qapanarkən, gərginliyi artırmaq üçün, Şimali Koreya öz işindən qalmır. Yaponiya hökumətindən verilən açıqlamada Pxenyanın bu səhər yeni ballistik raket sınağı həyata keçirdiyi bildirilib. Yaponiyanın müdafiə naziri Nobuo Kişi verdiyi açıqlamada, Yapon dənizinə doğru atılan raketin 600 kilometr yüksəkliyə qalxdığını və 300 kilometr məsafə qət etdiyini bildirib.

Raketin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyünü və heç bir zərərin qeydə alınmadığını açıqlayan Kişi Yaponiya hökumətinin Pekindəki Yaponiya səfirliyi vasitəsilə Şimali Koreyaya diplomatik etiraz etdiyini də əlavə edib. Yaponiyanın baş naziri Fumio Kişida hökumətə ictimaiyyətə dəqiq məlumat verməyi, gəmilərin və təyyarələrin təhlükəsizliyini təsdiq etməyi, gözlənilməz vəziyyətlərə hazır olmağı tapşırıb.

CƏNBİ KOREYA DƏ TƏSDİQLƏDİ

Cənubi Koreya Baş Qərargahı tərəfindən edilən açıqlamada, raket sınağı təsdiqləndi və şübhəli ballistik raketin yerli vaxtla saat 07:52 radələrində Pxenyandakı Sunan yaxınlığındakı bölgədən Yapon dənizinə doğru atıldığı ifadə edildi. Şimali Koreyanın yanvarın 30-da keçirdiyi son silah sınağından sonra, ilk olan sınaq bu il 8-ci raket sınağı olaraq qeydə alınıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »