Şəhidlərimizin övladları bizə əmanətdir – FOTO

0

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və “For Azerbaijan” Beynəlxalq Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçılarını “Yanardağ” qoruğunda qonaq qəbul edib.

Agentlik sədri bu haqda rəsmi feysbuk hesabında paylaşım edib. Paylaşımda belə qeyd olunur: “Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən, onların bilik və bacarıqlarını inkişaf etdirən bu cür layihələrin keçirilməsi çox önəmlidir. “Qaliblər”imizlə görüşdə onlarda söhbət elədik, oynadıq, birlikdə əyləndik. İnanıram ki, dünənki gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq. Vətən müharibəsində şanlı zəfəri bizə yaşadan şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hamımızın borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »