Naxçıvan MR-da  polis rəisi vəzifəsindən azad olundu

0

Naxçıvan MR Daxili İşlər naziri vəzifəsini icra edən, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə Naxçıvan MR Culfa Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şərif Hüseynəliyev tutduğu vəzifəsindən azad olunub.

İctimairey.az xəbər verir ki, Şərif Hüseynəliyevin səlahiyyətləri hazırda polis şöbəsinin rəis müavini, polis mayoru Elməddin Zeynalova həvalə olunub.

Qeyd edək ki, vəzifəsindən azad olunan Şərif Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun yaxın adamı hesab olunurdu./manset.az

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »