Los-Ancelesin vitse-meri Nina Xaçiqyan ABŞ Müdafiə Nazirliyinin Siyasi Məsələlər Şurasının üzvü təyin edilib.
Səfir Nina Xaçiqyan ABŞ Müdafiə Nazirliyinin Siyasi Məsələlər Şurasına təyin edilib.
İctimairey.az xəbər verir ki, bu barədə Amerika Erməni Assambleyası xəbər verir.
Şuraya Madlen Olbrayt və Henri Kissincer də daxildir.
Xaçıqyan hazırda Los-Ancelesin beynəlxalq məsələlər üzrə vitse-meri vəzifəsində çalışır.
Nina Xaçiqyan diplomat və siyasətçidir, əvvəllər ABŞ-ın Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında səfiri vəzifəsində çalışıb. O, həmçinin RAND (ABŞ hökuməti, onun silahlı qüvvələri və əlaqəli təşkilatlar üçün strateji tədqiqat mərkəzi kimi xidmət edən Amerika qeyri-kommersiya təşkilatı) Asiya-Sakit Okean Siyasət Mərkəzinin direktoru olub və 1998-1999-cu illərdə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının heyətində çalışıb.