2019-cu ilin son həftələrində ortaya çıxdıqdan sonra, qlobal epidemiya halına gələn korona virusu, ən çox mutasiyaya uğramış Omicron variantı ilə yeni əlamətlər ortaya çıxarıb. Mütəxəssislər 7 maddəni sadalayaraq, “Omikronla yoluxmuş ola bilərsiniz, ancaq fərqində olmadan sağalmısınız.” deyə bildirib.
Vuhanda da aşkar edilən virusdan çox fərqli simptomlar göstərən Omicron variantı və ya bir müddət əvvələ qədər dominant virus olan Delta variantı sürətlə yayılsa da, bir çox ölkədə yoluxmaların sayı rekord həddə çatıb.
Mütəxəssislər əvvəlki Covid-19 növlərindən fərqli əlamətlər göstərən Omicron variantının insanlara fərq edilmədən keçdiyini və bir çox insanın “Covid-19 xəstəsi” olaraq, qeyd olunmadan sağaldığını bildirib. İsrailin alim və mütəxəssislərin rəyinə görə, Omicron variantının heç bir əlamət göstərmədən bəzi insanlara keçdiyini bildirilir.
1- Test yoxlamasına ehtiyac duymamısınızsa
Əvvəlki variantlarla müqayisədə Omicron variantı tam peyvənd olunmuş şəxslərdə ümumiyyətlə yumşaq keçir. Omicron variantının ilk halları 2021-ci ilin sonunda aşkar edilsə də, bu variantın daha əvvəl aşkarlana biləcəyi qeyd edilib. Bəzi insanlarda aşkar əlamətlər göstərməyən bu xəstəlikdə simptomlar yoxlanılacaq qədər pis olmadığından, siz fərqinə varmadan Covid-19-a yoluxmuş və sağalmış ola bilərsiniz.
2- SİZ QRİP DÜŞÜNÜRSÜNÜZ, AMMA…
Omicron variantının bir çox simptomları qripə bənzəyir və üstəlik, qripin pik mövsümündə yayılır. Əgər qızdırma, öskürək və yorğunluq hiss edirsinizsə və həkimlər qrip olmadığını deyirlərsə, Omicron ilə yoluxma ehtimalınız yüksəkdir. İsrailin Ben-Qurion Universitetinin İctimai Sağlamlıq Ocağından Dr. Nadav Davidoviç bildirib ki, Flurona eyni vaxtda qrip və koronavirusa yoluxan insanlarda müşahidə olunub. Dr. Davidoviç deyib ki, eyni vaxtda xəstələnən bu insanlarda “fluron” aşkarlanıb.
O, bunun səbəbini hər iki xəstəliyin tənəffüs yollarına təsir edərək öskürək, burun axması, qızdırma, başağrısı, boğaz ağrısı və halsızlığa səbəb olduğunu bildirib.
3- SAÇLARINIZ TÖKÜLÜRSƏ
Alimlər bildirirlər ki, koronavirus qeyri-adi saç tökülməsinə səbəb olur. Bir il əvvəl Lancetdə aparılan araşdırmada, Covid-19-dan sağ çıxan insanların yüzdə 22-nin sağaldıqdan 6 ay sonra, saç tökülməsindən şikayətləndiyi ifadə edilib. Bu vəziyyətin, xüsusilə qadınlarda daha çox rast gəlindiyi qeyd edilib. Saç tökülməsi ilə yanaşı, oynaq ağrısı, yorğunluq və təngnəfəslik də uzun müddət davam edən Covid-19-da önə çıxan əlamətlər sırasındadır.
4- AİLƏNİZDƏ XƏSTƏ VARSA
Əgər ailənizdə hər kəs xəstədirsə və siz eyni evdə yaşayırsınızsa, lakin xəstə deyilsinizsə, Omicron ilə yoluxmuş ola bilərsiniz. Çünki Omicron variantı bəzi insanlarda az və ya heç bir simptom üzə çıxartmadan keçib gedir.
5- MƏDƏ XƏSTƏLİYİNİZ VARSA
Koronavirus tənəffüs yollarını təsir edən bir xəstəlikdir, lakin bədənin bir çox yerində problemlər yarada bilər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Omicron variantına yoluxmuş bir çox insanda ishal və buna bənzər sidik sistemi problemlərinin baş verdiyini açıqlayıb.
6- GÖZÜNÜZDƏ İNFEKSİYA VARSA
Amerika Oftalmologiya Akademiyasının hazırladığı araşdırmada göz qızartıları kimi bilinən konjonktivit korona virusunun əlaməti ola bilər.
7- AYAQLARINIZ QAŞINIRSA
İspaniyada aparılan bir araşdırma, bəzi xəstələrin ayaqlarında qaşınma və ya infeksiya ola biləcəyini ortaya qoyub. “Koronavirus ayağı” olaraq da bilinən bu simptom digər simptomlar görünmədikdə belə, baş verə bilər. Tədqiqatçı Dr. İgnacio Garcia-Doble, “Ən çox rast gəlinən hallarda kiçik qırmızı ləkələr və nöqtələr aşkar edildiyini” bildirib.