Rəşid doctor: Yaxşıyam, “dəf kimiyəm”. İnsult keçirməmişəm

0

Sosial şəbəkələrdə Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudovun insult keçirdiyi barədə xəbər yayılıb. Artıq neçənci dəfədir ki, doktoru bəzi “jurnalist”lər “öldürüb-dirildirlər”

Xəbəri dəqiqləşdirmək üçün Sonxeber.az saytı R.Mahmudovla əlaqə saxlayıb.

O, açıqlamasında xəbərin əsassız olduğunu bildirib:

“Çox sağ olun. Gördüyünüz kimi, yaxşıyam, “dəf kimiyəm”. İnsult keçirtməmişəm (gülür).
Füzuli rayonunun Bala Bəhmənli kəndindən 21 yaşlı bir “başıxarab” yazıb ki, “mən səni görmək istəyirəm, ona görə deyirəm, səni ölü kimi qələmə verim ki, sən məni məhkəməyə verəsən, məhkəmədə səni görüm”. (gülür)

Deyirəm: “Ay bala, məhkəmə, polis səni həbsxanaya aparacaq, mənim yanıma yox””.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »