Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gəncənin gəncləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata istinadən İctimairey.az görə bildirir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin və şəhidlərimizin məzarları üzərinə tər gül dəstələri düzülüb.
Qeyd edək ki, ziyarət Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş “Gənclər həftəsi” (27 yanvar – 2 fevral) çərçivəsində gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə “Vətənpərvər gənclər vətənimizin parlaq gələcəyinin təminatçısıdır” devizi ilə baş tutub
Elcan Məmmədov,