Türkiyə Rusiya-Ukrayna sammitinin təşkili üçün, öz danışıqlar platformasını təqdim etməyə və gərginliyi azaltmaq üçün “istənilən rolda hərəkət etməyə” hazırdır.
İctimairey.az xəbər verir ki, bunu Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
İbrahim Kalim jurnalistlərə müsahibəsində, Qara dəniz regionunda istənilən münaqişənin Ankara üçün sərfəli olmadığına diqqət çəkib və Türkiyənin qarşıdurmadan qaçmaq üçün, əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.