Zəlzələnin episentri Salonikidən 142 km cənub-şərqdə yerləşib
16 yanvar, bazar günü Egey dənizində Yunanıstan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
İctimairey.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə görə, yeraltı təkanların episentri təxminən 354 min insanın yaşadığı Saloniki şəhərindən 142 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Afina Rəsədxanasının Geodinamik İnstitutunun məlumatına görə, yerli vaxtla saat 13:48-də (Bakı vaxtı ilə 15:48) qeydə alınan yeraltı təkanların gücü 5,4 bal təşkil edib. İnstitutun məlumatına görə, yeraltı təkanların episentri Atos yarımadasından 22 km cənubda yerləşib. Yunan seysmoloqları əvvəlcə 10 km, sonra isə 19,3 km dərinliyi qiymətləndiriblər. Zəlzələ Saloniki və Afinada hiss olunub.
5,4 bal gücündə baş verən zəlzələdən sonra, bir neçə dəfə təkrarlanan təkanlar baş verib. Yerli vaxtla saat 14:26-da Athos dağından 17 km cənub-qərbdə, maqnitudası 4,5 olan güclü zəlzələ 17,5 km dərinlikdə qeydə alınıb. Sonra həmin ərazidə digər zəif təkanlar – 2,8, 2,6, 2,7 və 2,9 bal gücündə təkanlar qeydə alınıb.
Sithonia yarımadasının meri Paris Deblas bildirib ki, əsas zəlzələ güclü olsa da və Yunanıstanın şimalında bir çox yerlərdə hiss edilsə də, dağıntı və tələfat yoxdur.
Qeyd edək ki, Yunanıstan Avropa qitəsinin seysmik cəhətdən ən aktiv ölkələrindən biridir. Avropada baş verən yeraltı təkanların demək olar ki, yarısı burada qeydə alınır.